Ötən mövsümün ən yaxşı futbolçusu
25.08.2022 , 22:37

Ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb. Bu ada “Real”ın hücumçusu Kərim Benzema layiq görülüb..
Ən yaxşı adına Tibo Kurtua (“Real”) və Kevin de Brüyne də (“Mançester Siti”) namizəd idi.
