Osimhen “Napoli”dən gedir?
11.06.2024 , 23:00

“Napoli”nin hücumçusu Viktor Osimhen transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu karerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Onunla “Əl-Əhli” klubunun maraqlandığı bildirilir.
Ərəblərin oyunçu üçün “Napoli”yə 120 milyon avroluq təklif göndərdiyi iddia edilir.
Ulduz oyunçunun hazırkı müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
