Orkun Kökçüyə “sürpriz” talib
25.04.2024 , 16:21
“Benfika”da çıxış edən Orkun Kökçüyə sürpriz talib çıxıb.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Zenit” maraqlıdır.
Portuqaliya mətbuatında yer alan xəbərdə, klubun Kökçünü heyətinə qatmaq istədiyi qeyd olunub.
Rusiya təmsilçisinin Orkunun transferi üçün 23 yaşlı futbolçunun meneceri ilə əlaqə saxladığı, lakin hələlik “Benfika” ilə əlaqə qura bilmədiyi bildirilir.
Bu mövsüm “Benfika”nın heyətində 39 matçda meydana çıxan Orkun Kökçü 5 qol vurub, 10 məhsuldar ötürmə edib.
Yay transfer dövründə “Feyenoord”dan Orkun Kökçünü 25 milyon avroya heyətinə qatan klub gənc futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.