Avro-2012-yə ev sahiblik edəcək ölkələrdən biri Ukrayna milli komandasının futbolçuları Yevgeni Seleznyov, Yevgeni Konoplyanka və Oleq Qusevin həyat yoldaşları futbol üzrə 2012-ci il Avropa çempionatı öncəsi kişi jurnalının səhifələrində açıq-saçıq formada durublar. Korner.az-ın məlumatına görə, ölkə yığmasının qələbəsi naminə xanımlar əyinlərindəki geyimləri çıxarıblar.
Onlar öz sadiq tərəfdarlarına “Medalsız qayıtmayın!” çağırışı ediblər. Yevgeni Seleznyovun həyat yoldaşı Alla deyib: “Açığı, düşünürdüm ki, Jenya çəkilişlərin qəti əleyhinə olacaq. Lakin o, təəccüblənmək yerinə sakitcə qulaq asdı. Elə də sevinmədi, amma kefini də pozmadı. Yalnız “Nə istəyirsən, et!” söylədi.
Qeyd edək ki, bu, futbolçuların xanımlarının məsul turnirlər öncəsi ərlərini lazımi səviyyədə kökləmək üçün çılpaq soyunduqları ilk hal deyil. 2004-cü ilin yayında Rusiya yığmasının oyunçularının ürəkli yarları da fotokameralar qarşısında soyunmuşdular.
