Məlum olduğu kimi, “İnter” komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveçin “Tromse” komandasını qəbul edəcək.
Korner.az-ın məlumatına görə, iyulun 24-də Bayıl stadionunda oyunöncəsi mətbuat konfransı keçiriləcək. Saat 20.30-da “Tromse” komandasının baş məşqçisi Agnar Kristensen, 21.00-dasa “İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.
