Obameyanq rəsmən “Barselona”da
02.02.2022 , 17:55
“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Arsenal”dan ayrılan Pyer-Emerik Obameyanqı transfer edib.
Bu barədə klubun saytı məlumat yayıb. Qabonlu hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
33 yaşlı hücumçunun sərbəstqalma məbləği 100 milyon avro müəyyən edilib.