Son zamanlar adı avropanın nəhəng klubları ilə hallanan "Real"ın (Madrid) türkiyəli futbolçusu Nuri Şahin gəzən söz-söhbətlərə son qoyub.
Korner.az-ın məlumatına görə, "İnter", "Milan", "Malaqa" və "Bavariya" kimi klubların transfer siyahısında yer alan Nuri Şahin məsələ ilə bağlı bunları deyib: "Hal-hazırda dünyanın ən böyük klubundayam. Əsas heyətdə yer aldım, almadım bunun elə də önəmi yoxdur. "Real"da oynamaq mənim xəyalım idi. Və mən xəyalımı yaşayıram".