Madrid "Real"ının və İspaniya yığmasının qapıçısı İker Kasilyas Avro-2012-nin finalında İtaliya ilə matçda "fair-play" nümunəsi göstərib. Korner.az-ın məlumatına görə, kapitan qolkiper hesab 4:0 ispanların xeyrinə olarkən yan xətt hakiminə yaxınlaşaraq daha çox əlavə vaxt oynatmamağı xahiş edib. Kasilyas bunu İtaliya yığmasına hörmət etmək üçün edib.