Noyerin son durumu məlum oldu
08.04.2024 , 18:49

“Bavariya”nın zədəli qapıçısı Manuel Noyerin son durumu məlum olub.
Korner.az xəbər verir ki, təcrübəli qolkiper zədəsini sağaldıb.
38 yaşlı qapıçının sabah keçiriləcək “Arsenal”la görüşdə iştirak edəcəyi gözlənilir.
“Arsenal” – “Bavariya” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.
