Novruzovun komandası kubokda mərhələ adladı
13.08.2020 , 17:34
Estoniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” bu mərhələdə “Vastselina” ilə qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.
Nurlan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.