“Beşiktaş”dan ilk transfer
13.08.2020 , 17:56
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, İstanbul klubu “Alanyaspor”dan ayrılan Fabrise Nskalanı transfer edib.
30 yaşlı konqolu müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fabrise 2017-ci ildən “Alanyaspor”da çıxış edirdi.