”Əvvəlcədən “Qarabağ”la oyunun çətin olacağını bilirdik. Rəqibimiz çox güclü komandadır. Hesabı açan tərəf biz olduq. Bu da oyunun taleyini həll etdi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib.
Qeyd edək ki, “Bakı” klubu ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”ı penaltilər seriyasında məğlub edərək finala yüksəlib.
Novruz Əzimov bu münasibətlə “Bakı” klubunun rəhbərliyini təbrik edib.