"Bu oyunda gənc futbolçulara şans verdim, lakin onlar özünü doğrultmadılar. Bəzi epizodlarda futbolçular mübarizədən yayınırdı, özlərini qoruyurdular".
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Novruz Əzimov deyib.
Çalışdırıcı "İnter"lə oyundan sonra (0:1) keçirilən mətbuat konfransında görüşlə bağlı daha sonra bunları bildirib: "Rəqibin çoxlu qol imkanları olsa da, yalnız birindən istifadə edə bildi. Qarşıda kubokun final oyunu var. Müdafiədə bu qədər səhv buraxmamalıydıq. Kubokun finalına daha yaxşı hazırlaşmalıyıq".
