Novas millidən getdi
24.05.2024 , 18:09

Keylor Navas Kosta-Rika millisindəki karyerasını başa vurub.
Korner.az xəbər verir ki, qolkiper bununla bağlı öz sosial media hesabında yazıb:
“Həyatımın məğlubiyyətlərlə və qələbələrlə dolu olan bu fəsli başa çatdı. Mən kiçik bir əraziyə, lakin böyük ruha malik sevimli Kosta-Rikamızın adını özümlə saxlayıb, minnətdarlıqla və irəliyə baxan bir ürəklə ayrılıram”.
Keylor Navas 2008-ci ildən Kosta-Rika millisində çıxış edirdi.
