Norveç millisinin futbolçusu Martin Edeqor tarixə keçib.
Korner.az Qol.az-a istinadən xəbər verir ki, 15 yaşlı yarımmüdafiəçi dünən “Avro-2016″nın seçmə mərhələsində Bolqarıstanla matçda meydana çıxıb. Qarşılaşmanın 64-cü dəqiqəsində oyuna daxil olan M.Edeqor bu turnirin tarixində seçmə mərhələlərdə oynayan ən gənc futbolçu olub.
M.Edeqor “Avro-2016″nın seçmə mərhələsində matçlardan birində qol vuracağı təqdirdə, yeni rekorda imza atacaq. O, “Real”ın və Uels millisinin yarımmüdafiəçisi Qaret Beylin geridə qoyaraq Avropa çempionatının seçmə mərhələsində qol vuran ən gənc futbolçu olacaq.
