Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Nomme Kalyu” oyunundan sonra keçirilmiş mətbuat konfransında Yunis Hüseynov bəxtsizlikdən gileylənib: “Oyundan razı qaldim. Uşaqlar ələrindən gələni etdilər. Amma bəxtimiz gətirmədi. Səfərdə əvəzini, inşallah, çıxacağıq. Bu oyunla “Lex”i də udarıq.
Rəqibin baş məşqçisi isə Lənkəran klubunu yaxşı təhlil etdiklərini bildirib: “Xəzər Lənkəran”ın cinahlardan hücum edəcəyini bilirdik. Ona görə bacardıqca cinahları bağlamağa çalışdıq. Komandamdan razı qaldım. Sizin komandada ikinci hissədə yorğunluq hiss olunurdu. Ona görə də fasilədən sonra daha çox səhv edirdilər”.
