“Azərbaycanı “Avroviziya” musiqi yarışmasında izlədim. Bakını görəndə, elə bildim Dubaydı. Nə vaxt ki, Bakıdan uzaqlaşıb Lənkərana gəldim, buranın əhalisi xoşuma gəldi. Mehriban, qonaqpərvərdirlər”. Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın Avropa Liqasındakı rəqibi "Nomme Kalyu"nun prezidenti Kuno Dexva deyib.
Estoniya klubunun sahibi püşkdən razı olduğunu bildirib: “Buranın mətbəxi, mədəniyyəti bizim üçün çox maraqlıdır. Çox şey öyrəndik. Biz də qələbə qazanmaq istəyirik. Büdcəmiz Azərbaycan klubuna nisbətən kiçikdir, 800 min avrodur. Estoniyada neft olmadığından büdcəmiz azdır. Püşkdən razıyıq. Hazırda futbol elədir ki, hamının mərhələ keçmək şansı var. Bunun üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Nomme Kalyu” matçı sabah saat 20:00-da başlayacaq.
