“İnter” klubunun bir müddət əvvəl əməliyyat olunan futbolçusu Nizami Hacıyev bu yaxınlarda komandanın məşqlərinə qatılacaq. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda özünü yaxşı hiss edən yarımmüdafiəçi iyunun 1-də komandayla birlikdə təlim-məşq toplanışına yollanacaq. Hacıyev komanda ilə yollanacağı Türkiyədə bərpa prosesini keçəcək.
Qeyd edək ki, Nizami Azərbaycan milli komandasının təlim-məşq toplanışına da çağırılsa da zədəsi hazırlıqlara qatılmağa imkan verməmişdi.
