“Nitsa” Balotellini 1,5 milyon avroya satır
27.12.2018 , 09:54

“Nitsa” cari mövsüm aşağı performans sərgiləyən Mario Balotelliylə bağlı qərar verib.
İtaliyalı millisinin üzvündən qurtulmağın yollarını axtaran Fransa klubu onu satmağa qərar verib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, “Nitsa” 28 yaşlı forvardı 1,5 milyon avroya satmağa hazırdır. Daha öncə Balotellini 3 milyon avroya satmaq istəyən klub təklif almadığı üçün qiymətdə endirim edib.
“Nitsa” illik 3,7 milyon avro maaş alan forvardın əvəzinə yeni hücumçu axtarmağa başlayıb.
Qeyd edək ki, baş məşqçi Patrik Vieyrayla yola getməyən Balotelli cari mövsüm cəmi 10 oyun keçirib.
