Sentyabrın 18-dən etibarən Bakı şəhərində AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursları başlayıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, 17 məşqçinin iştirak etdiyi məşğələlərə almaniyalı mütəxəssis Nikolay Adam rəhbərlik edir.
Kursa oktyabrın 2-də yekun vurulacaq.
