Niderlandda yeni mövsümə bu tarixdə start veriləcək
25.06.2020 , 16:46
Niderland çempionatında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.
Korner.az xəbər verir ki, Erediviziyada yeni mövsüm sentyabrın 12-də start götürəcək.
Azarkeşlərin stadionlara buraxılmasına da icazə veriləcək.
Qeyd edək ki, Erediviziyada cari mövsüm koronavirus səbəbiylə ləğv edilib.