Niderland millisində itki
11.06.2024 , 10:31

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb.
Korner.az xəbər verir ki, futbolçu Avro-2024-ü buraxacaq.
Bu barədə Niderland Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ayağından zədəli olan oyunçunun tam sağalmadığı bildirilib.
Bu səbəbdən 27 yaşlı futbolçu millinin düşərgəsini tərk edib.
