Neymarın hər yıxılmağına görə qonaqlıq verəcəklər
25.06.2018 , 17:54

Braziliyanın paytaxtı Rio-de-Jeneyroda fəaliyyət göstərən restoranlardan biri maraqlı aksiyaya hazırlaşır.
Restoran rəhbərliyi DÇ-2018-in qrup mərhələsinin Serbiya ilə oyununda Neymarın yerə yıxıldığı hər epizoda görə müştərilərinə pulsuz qonaqlıq verəcək.
Neymar Braziliya millisinin dünya çempionatında keçirdiyi oyunlarda tez-tez yerə yıxıldığı üçün azarkeşlər tərəfindən tənqid olunub. 26 yaşlı hücumçu təkcə Kosta-Rika ilə matçda özünü 15 dəfə yerə atıb.
