Neymar idealı haqqında danışdı
01.03.2019 , 16:42

PSJ klubunun braziliyalı futbolçusu Neymar bir vaxtlar millidə birlikdə çıxış etdiyi komanda yoldaşı Robinyo haqqında danışıb.
Robinyo haqqında xoş sözlər danışan Neymar onu özünün idealı olaraq gördüyünü deyib.
“Uşaq vaxtı onun hər matçını izləyirdim və onun kimi olmaq istəyirdim. Onun futbol zəkasına heyran idim. Hazırda onu izləyə bilmirəm, çünki evdə olarkən futbola baxmıram. Daha çox basketbol izləyirəm.”
Qeyd edək ki, Robinyo hazırda Türkiyənin “Başakşehir” klubunda çıxış edir.
