“Beşiktaş”ın futbolçusunu tanımadılar
01.03.2019 , 17:18

“Beşiktaş” klubunun yaponiyalı futbolçusu Sindzi Kaqava Türkiyədə başına maraqlı əhvalat haqqında danışıb.
Hamama getməyi sevdiyini deyən yarımmüdafiəçi onu tanımadıqlarını deyib:
“Hamama getməyi çox sevirəm. Hamamda qarşılaşdığım ən son adam məndən “Beşiktaş’a yapon bir futbolçu gəlib. Tanıyırsanmı?” deyə soruşdu. Mən isə cavabında “Yaxşı oyunçuya oxşayır” dedim. Hamamdan ayrılarkən isə, həmin şəxsə “haqqında danışdığın şəxs mənəm” deyərək, oradan ayrıldım.”
Qeyd edək ki, 29 yaşlı futbolçu qış transfer dövründə icarə əsasında “Beşiktaş” klubuna keçib.
