“Barselona” futbolçusu Neymarla müqavilənin müddətini uzatmağı planlaşdırır.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi braziliyalı futbolçuya yeni müqavilə təklif edib.
Lakin mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq 23 yaşlı futbolçu “Barselona”nın yeni müqavilə təklifini qəbul etməyib. O, İspaniyada olan vergi problemlərinin həll edilməsini gözlədiyini bildirib.
Qeyd edək ki, 2013-cü ildə “Santos”dan “Barselona”ya transfer edilən Neymar 16 milyon dollar məbləğində vergidən yayınmaqda ittiham olunur. (El Mundo Deportivo)