“Neftçi”yə qol vurdu, tarixə düşdü
08.02.2022 , 17:31
![](https://korner.az/wp-content/uploads/2022/02/D216C159-45A5-4119-BC58-B10A83A74EEE.jpeg)
“Qarabağ” “Neftçi” ilə çempionat matçlarında vurduğu qolların sayını 100-ə çatdırıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley 15-ci tur çərçivəsində baş tutan Azərbaycan derbisinə təsadüf edib.
Belə ki, 2:1 hesablı qələbə qazanan Ağdam klubunun 2-ci qolu prinispial rəqibin qapısından keçirilən 100-cü top olub. Bu əlamətdar qolun müəllifi kimi Kadi Borges tarixə düşüb.
30 illik rəqabətdə “Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi isə Zaur Qarayevdir. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)