Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən "Neftçi" bu gün iki yoxlama matçı keçirib.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin gənc futbolçulardan ibarət komandası "Mordoviya" klubunun ehtiyat heyəti ilə qarşılaşıb və 0-2 hesabı ilə məğlub olub. Bundan sonra meydana hər iki komandanın əsas heyətləri çıxıb. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "ağ qaralar" "Mordoviya"ya biabırçı şəkildə məğlub olub – 0:4.
