Çempionluğu böyük ölçüdə təmin edib, kubokunun finalına çıxan “Neftçi”nin yay hazırlıq planı məlum olub. Korner.az-ın məlumatına görə,, komanda Çempionlar Liqasına iki mərhələdən ibarət hazırlıq keçəcək.
İlk hazırlıq prosesi Türkiyədə olacaq. Ardınca isə “Neftçi” Avstriyaya yollanıb, Çempionlar Liqası öncəsi təlim-məşq toplanışı keçəcək. Toplanışların başlama vaxtı və müəddəti hələ dəqiqləşməyib.
