APOEL üzərindəki tarixi qələbədən sonra Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Neftçi”nin qazandığı və qazanacağı mükafat bəlli olub.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar" tarixi zəfərə görə UEFA-dan 1,3 milyon avro mükafat alacaq. Bununla yanaşı "Neftçi" gəlirini daha da artıra bilər. “İnter”, “Rubin” və “Partizan”la mübarizədə qazanılacaq hər hansı bir qələbə paytaxt klubuna 200, heç-heçəyə görə isə 100 min avro qazandıracaq. Böyükağa Hacıyevinkomandası 1/16 finala yüksəlsə daha 200 min, 1/8 finala yüksəlsə 350 min, 1/4 finala çıxsa 450 min avro gəlir əldə edə bilər.
Sonda onu da qeyd edək ki, yarımfinalda oynayacaq komandalar bir milyon, finalçı 2 milyon yarım, çempion isə 5 milyon avro qazanacaq.
