UEFA Avropa Liqasının qrup mərhələsində serbiyanın "Partizan" klubunun qonağı olacaq olan təmsilçimiz "Neftçi"nin oyununu idarə edəcək hakimin adı bəlli olub.
Korner.az-ın məlumatına görə, bu çexiyalı referi Libor Kovarikdir. Belqrad şəhərində baş tutacaq olan matç Bakı vaxtı ilə saat 00:05 də start götürəcək.
Qeyd edək ki, 36 yaşlı fit sahibi 2006-cı ildən bu yana beynəlxalq oyunlara təyinat alır.
