“Neftçi”nin “Spartak”la matçının vaxtı
18.03.2024 , 12:08

“Neftçi” Rusiyanın “Spartak” (Moskva) klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Korner.az xəbər verir ki, martın 23-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlanacaq.
Matçın biletləri tezliklə satışa çıxarılacaq.
Komandalar mövsümün əvvəlində Rusiyada yoldaşlıq oyununda üz-üzə gəlmiş və “Spartak” qələbə qazanmışdı – 2:0.
