Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı zamanı yoxlama görüşü keçirəcəyi rəqiblərdən biri bəlli olub.
Korner.az-ın məlumatına görə, son Azərbaycan çempionu növbəti mövsümdən Rusiya Premyer Liqasında oynayacaq “Mordoviya” klubuyla qarşılaşacaq.
“Mordoviya”nın rəsmi saytının məlumatında deyilir ki, oyun iyunun 17-nə təyin edilib.