Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimləri keçirilib.
Korner.az-ın məlumatına götrə, ölkəmizi bu turnirdə təmsil edəcək "Neftçi"nin rəqibi bəlli olub. Son ölkə çempionu Gürcüstanın "Zestafoni" klubu ilə qarşılaşacaq.
İlk mərhələdə qitənin ən zəif 6 çempionatının qalibi münasibətlərini aydınlaşdıracaq. Bu oyunlar iyunun 3-4-ü, cavab matçları 10-11-də olacaq. Bu mərhələnin 3 qalibi və digər 31 çempion isə II təsnifat mərhələsində qüvvəsini sınayacaq. “Neftçi” iyulun 17-18 və 24-25-i keçiriləcək həmin mərhələnin iştirakçısı olacaq.
I təsnifat mərhələsi
“Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
“Dudelanj” (Lüksemburq) – “Tre Penne” (San-Marino)
“Valletta” (Malta) – “Lusitanos” (Andorra)
II təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) – “Zestafoni” (Gürcüstan)
“Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan)
“Maribor” (Sloveniya) – “Jelezniçar” (Bosniya və Herseqovina)
“Jilina” (Slovakiya) – “Hapoel” (Kiryat, İsrail)
BATE (Belarus) – “Vardar” (Makedoniya)
AEL (Kipr) – “Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Ekranas” (Litva)
“Flora” (Estoniya) – “Bazel” (İsveçrə)
TNS (Uels) – “Helsinqborq” (İsveç)
HİK (Finlandiya) – “Reykyavik” (İslandiya)
“Molde” (Norveç) – “Ventspils” (Latviya)
“Dudelanj” (Lüksemburq) – “Tre Penne” (San-Marino) cütünün qalibi – “Zalsburq” (Avstriya)
“Slovan” (Çexiya) – “Şaxtyor” (Qazaxıstan)
“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya)
“Uliss” (Ermənistan) – “Şerif” (Moldova)
“Valletta” (Malta) – “Lusitanos” (Andorra) cütünün qalibi – “Partizan” (Serbiya)
“Buduçnost” (Çernoqoriya) – “Şlask” (Polşa)
