“Neftçi”nin oyunu fransızlara tapşırıldı
13.08.2021 , 18:45

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) matçının hakimləri müəyyənləşib.
Korner.az xəbər verir ki, avqustun 19-u “Bakcell Arena”da təşkil olunacaq qarşılaşmada fransalı ədalət təmsilçiləri iş başında olacaq.
Matçı Delayod Uilli idarə edəcək. Ona yan xətlərdə Mehdi Rahmouni və Edvin Kristof Finyean köməklik edəcək. Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 21:00-da start götürəcək.
