“Neftçi”nin oyunçusu milliyə çağırıldı
11.03.2024 , 14:10

“Neftçi”nin yarımmüdafiəçisi Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub.
Korner.az xəbər verir ki, 23 yaşlı futbolçu martın 22-də Sudan, 25-də isə Botsvana yığması ilə yoldaşlıq görüşünə çağırılıb.
Konte Syerra Leone milli komandasının heyətində 2 oyun keçirib.
