Rusiya Premyer Liqasında ötən həftə səfərdə “Rubin”i məğlub edən (2:1) “Terek”in müdafiəçisi Martin Yiranek klubunun rəsmi saytına müsahibə verib.
Korner.az xəbər verir ki, Yiranek Avroliqada “Neftçi”yə rəqib olacaq “Rubin”i necə məğlub etdiklərindən danışıb.
“Biz “Rubin”lə oyunda üstünlüyü rəqibə verməklə oynadıq. Sürətli əks-hücumlara bel bağlayırdıq və istədiyimizə bu yolla nail olduq. Ancq etiraf etməliyəm ki, əks-hücumlarımız heç də həmişə yaxşı alınmırdı. “Rubin”in futbolçuları meydanın mərkəzinə nəzarət etdiklərindən oyunçularımızın çoxu meydanın bizə aid olan hissəsində qalmalı olurdu”, – deyə o bildirib.
