“Neftçi”nin legionerləri sağaldı
19.04.2023 , 15:39

“Neftçi”nin zədəli futbolçuları Ataa Caber və Vato Arveladzenin son durumu açıqlanıb
Korner.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib.
O, futbolçuların sağalıb, məşqlərə başladığını bildirib.
“Neftçi” bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında “Turan Tovuz”la qarşılaşacaq.
