“Neftçi”nin legioneri milliyə çağırıldı
23.08.2023 , 22:12

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yığmanın Asiya Kuboku–2024-ə hazırlıq məqsədi ilə səfərdə sentyabrın 6-da Oman, 11-də Vyetnam yığmaları ilə keçirəcəyi yoldaşlıq matçları üçün çağırılıb.
Caber Fələstin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.
