"Neftçi" PFK-nın futbolçusu Julius Vobay şərəfini qoruduğu Sierra Leone millisində növbəti oyununu keçirib. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Tunis yığması ilə qarşılaşmış Sierra Leone rəqibi ilə heç-heçə edib. 2-2. Flaqmanın yarımmüdafiəçisi Julius Vobay bu matçda start heyətində meydana çıxıb və əvəzlənmədən oynayıb.
