Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan Rusiyanın "Rubin" klubu transfer pəncərəsinin bağlanmasına saatlar qala 4 futbolçu transfer edib.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisi İsgəndər Cəlilov, Viktor Kuzmiçev, Kaspars Svarups və Roman Styopindir. Birinci “Nefteximik”dən, Kuzmiçev isə “Anji”nin gənclərdən ibarət komandasından gəlib. Styopin Rusiyanın yeniyetmələrdən ibarət yığmasının üzvüdür. Latviyalı Kasparsın isə 18 yaşı var. Onun sonuncu klubu Latviyanın “Ventspils” klubu olub.
