“Neftçi”dən yeni transfer – Rəsmi
25.07.2023 , 09:23

“Neftçi” növbəti transferini həyata keçirib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlanıb.
28 yaşlı sağ cinah müdafiəçisi “Neftçi”də 99 nömrəli formanı geyinəcək. Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.
