“Neftçi”dən xanım azarkeşlərinə jest
01.03.2023 , 16:43

“Neftçi” klubu Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoş addım atıb.
Korner.az xəbər verir ki, Premyer Liqanın XXV turunda martın 5-i saat 19:30-da “Bakcell Arena”da “Turan Tovuz”a qarşı keçiriləcək ev oyununa giriş xanımlar üçün pulsuz olacaq.
