“Neftçi”dən qələbə, “Turan Tovuz”dan heç-heçə
18.02.2024 , 20:12

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.
“Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan Tovuz”la üz-üzə gəlib. Görüşdə hesab açılmayıb – 0:0.
Digər görüşdə isə “Neftçi” “Zirə” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 fevral
15:30 Sumqayıt – Turan Tovuz – 0:0
Baş hakim: Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00 Neftçi – Zirə – 1:0
Baş hakim: Əliyar Ağayev
“Neftçi Arena”
