“Bakcell U-14 Elit Kuboku”nun yarımfinal mərhələsinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, ikinci yarımfinal matçında “İnter”lə “Bakı” qarşılaşıb.
“Bankirlər” 2:0 hesablı qələbə qazanaraq finala çıxıb. “İnter”in finaldakı rəqibi “Qarabağ”ı məğlub edən “Neftçi” olacaq.
Qey edək ki, final matçı fevralın 10-da “Bayıl Arena”da keçiriləcək.