“Neftçi” “Turan Tovuz”a məğlub oldu
19.04.2023 , 17:57
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, “Neftçi” Tovuzda “Turan Tovuz”la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyun
19 aprel
16:00 “Turan Tovuz” – “Neftçi” – 1-0
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov