Bu gün Avropa Liqasında play-off mərhələsinin ilk oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycanın yeganə təmsilçisi "Neftçi" öz meydanında ilk görüşünə çıxıb. "Ağ-qaralar" Kiprin "Apoel" klubunu qəbul edib. Böyükağa Hacıyevin komandası evdə qələbə qazanaraq səfərə rahat yollanmağa çalışsa da istəyinə nail ola bilməyib. Oyun boyu üstün olan tərəf komandamız, görüşün 82-ci dəqiqəsində Mahir Şükürovun penalti zərbəsi ilə hesabı açıb. Lakin təmsilçimizin sevinci cəmi 1 dəqiqə çəkib. 83-cü dəqiqədə "Apoel"in heyətində Selim Benaşur fərqlənərəq hesabda tarazlığı bərpa edib. Bununla da komandamızı Nikosiyada çətin cavab oyunu gözləyir.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması 1 həftə sonra avqustun 30-u Nikosiya şəhərində baş tutacaq.
21:00. “Neftçi” (AZƏRBAYCAN) – APOEL (KİPR) 1:1
Qollar: Mahir Şükürov (82-pen) // Selim Benaşur (83)
Baş hakim: Robert Malek
Bakı. “Dalğa Arena” stadionu
"Neftçi: Saşa Stamenkoviç, İqor Mirteski, Rəşad Sadıqov (k), Flavinyo, Julios Vobay, Kanales, Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev, Elvin Yunuszadə.
"Apoel": Kiotis Dionysios, Mario Bodimir, Konstantios Çaralanbides, Nektarios Aleksandros, Pinto Ribero, Barbosa Molais, Borda Etxezarreta, Leal Noquera, Makedo Souza, Aloneftis Efstatnios, Fransisko dos Santos
