“Neftçi” – “Sumqayıt” oyununun biletləri satışda
31.08.2019 , 16:29
Premyer Liqanın 3-cü turunda qarşılaşacaq “Neftçi” – “Sumqayıt” oyunu üçün biletlər satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletin qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.
Oyuna sabah saat 19:00-da “Bakcell Arena”da start veriləcək.
Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.