Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" növbəti transferini reallaşdırıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı məlumata görə, paytaxt təmsilçisi yığma komandamızın da şərəfini qoruyan müdafiəçi Saşa Yunisoğlu ilə müqavilə imzalayıb. Saşa Yunisoğlu "Neftçi"də 3 nömrəli formanı geyinəcək.
Futbolçu transferi ilə bağlı klubun rəsmi saytına bunları deyib: "Neftçi" ölkəmizin ən böyük tarixə malik komandasıdır. Elə buna görə də hər bir azərbaycanlı futbolçu kimi mənim də arzum "Neftçi"də oynamaq olub.
İndi bu şansı qazanmışam. Qarşıda bizi Çempionlar Liqası turnirində çıxış gözləyir. Komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, mərhələ adlayıb azarkeşlərimizi sevindirəcəyik".
