“Neftçi” “Sabah” üçün hazırlaşır
25.05.2023 , 17:04

“Neftçi” Premyer Liqanın sonuncu – 36-cı turu çərçivəsində qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, “Kəpəz”lə matçın (3:1) ertəsi günü bərpa məşqi keçən “ağ-qaralar”a mayın 23-də istirahət verilib.
Dünən növbəti oyunun hazırlığına start verən komanda üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.
“Neftçi” – “Sabah” qarşılaşması mayın 28-i saat 20:00-da “Bakcell Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
